Haqqımızda
IDS Consulting şirkəti dövlət qurumlarına Azərbaycan Respublikasının hüquqi normativ aktlarının tələblərinə uyğun olaraq rəqəmsallaşma, İT və İnformasiya Sistemlərinin Auditi sahəsində olan beynəlxalq təcrübələrə əsaslanan xidmətlər təklif edir. Elektron Xidmətlərin auditi sahəsi də bura daxildir. Sizə İT strategiyanızı müəyyən etmək, iş proseslərinizi avtomatlaşdırmaq və məlumatları təhlil edərək qərarların sürətli verilməsində texnoloji alətlərin tətbiqinə kömək etməyə hazırıq!
MİSSİYAMIZ
Biz İT həllər tətbiq etməklə rəqəmsal dəyişikliklər həyata keçirmək üçün buradayıq
Əsas missiyalarımızdan biri Rəqəmsal Transformasiya proseslərində yaxından iştirak edərək, Sizin istədiyiniz Rəqəmsal İnkişaf mərhələsinə çatmağınızda ən böyük dəstəkçiniz olmaqdır.
Rəqəmsal transformasiya iş proseslərinin təkmilləşdirilməsi, təşkilatların proseslərini avtomatlaşdırmaq, effektivliyi artırmaq və müştərilərə daha yaxşı xidmət təqdim etmək məqsədi ilə rəqəmsal texnologiyaların və avtomatlaşdırma tədbirlərinin tətbiqi deməkdir. Bu proses, iş proseslərinin sürətli, səhv riskindən uzaq və sərfəli bir şəkildə təşkil edilməsini təmin edir.
“ASAN indeks” qiymətləndirilməsində yüksək nəticələr əldə etməyiniz üçün Sizin yanınızdayıq.
IDS Consulting-də fəaliyyət göstərən bu sahənin xüsusi ekspertlərinin dəstəyi ilə qiymətləndirilməyə cəlb edilən qurumların xidmətlərinin ilk olaraq “ASAN indeks” tələbləriylə uyğunluğu yoxlanılır. Tələblərə görə aşkar edilmiş çatışmazlıqlar hazırlanır və sözügedən çatışmazlıqların aradan qaldırılması üçün quruma təklif və tövsiyələr təqdim edilir. Verilmiş təklif və tövsiyələrin icrasından sonra növbəti yoxlama prosesi həyata keçirilir. Və bu ikili yoxlama prosesi qiymətləndirmənin mümkün yüksək nəticəsini əldə etməyə yardım edir.
İT Hüquq sahəsini ölkədə layiqli səviyyəyə çatdırmaq üçün bu sahənin çoxillik təcrübəyə malik mütəxəssisləri ilə Sizə xidmət göstərməkdən qürur duyuruq.
İT hüquq xidməti texnologiya ilə əlaqəli məlumatların istifadəsini, inkişafını və paylanmasını tənzimləyən hüquqi tənzimləmələri və çərçivələri əhatə edir. Belə ki, məlumat məxfiliyi, kibertəhlükəsizlik, əqli mülkiyyət hüquqları,
e-ticarət, rəqəmsal müqavilələr və onlayn davranış kimi müxtəlif aspektləri əhatə edir. İT hüquq texnoloji irəliləyişlərin etik, təhlükəsiz və qanuni standartlara uyğun istifadəsini təmin etməkdə, rəqəmsal əsrdə fərdlərin, bizneslərin və bütövlükdə cəmiyyətin hüquq və maraqlarının qorunmasında mühüm əhəmiyyət kəsb edir.