Xidmətlər

Konsultasiya xidmətləri:

  • İT Audit
  • İnformasiya Sistemlərinin Konsultasiyası
  • Elektron Xidmətlərin Konsultasiyası
  • Xidmətlərin Dizaynı
  • Elektron Hökumətin İnkişafı İndeksi
  • İnteqrasiya Prosesləri
  • İT Hüquq
  • Asan İndeks
  • Rəqəmsal Transformasiya

Texnoloji xidmətləri:

  • Veb Sayt Proqramlaşdırma
  • Mobil Tətbiq Proqramlaşdırma
  • Kiber Təhlükəsizlik
  • Keyfiyyət Təminatı Testi
  • DevOps
  • Bulud Xidmətləri
  • Verilənlər Bazası
  • Analitika
  • Süni İntellekt

İT auditi – qurumun (təşkilatın) informasiya sistemlərinin, elektron xidmətlərinin, daxili proseslərinin təşkilinin effektivliyinin, təhlükəsizliyinin və müvafiq qaydalara və sahəvi standartlara uyğunluğunun qiymətləndirilməsidir.

Əsas məqsəd qurumun (təşkilatın) İT infrastrukturunun, əməliyyatlarının və məlumatlarının idarə olunması təcrübələrinin müstəqil və obyektiv qiymətləndirilməsini təmin etmək, standartlara uyğun infrastrukturun formalaşdırılmasına dəstək vermək və aidiyyati qurumların yoxlamaları zamanı yüksək nəticələr əldə etməkdir. İT auditi zamanı auditorlarımız təşkilatın İT sistemlərinin müxtəlif aspektlərini, o cümlədən avadanlıq, proqram təminatı, şəbəkələr, məlumatların idarə edilməsi prosedurlarını, girişə nəzarət və İT idarəetmə təcrübələrini araşdırıb, çatışmazlıqları müəyyən edir və müvafiq tədbirlərin görülməsi üçün təkliflər təqdim edirlər.

Audit prosesi yekunlaşdıqdan və qurumun cari vəziyyəti və potensialı müəyyənləşdikdən sonra qurumlar (təşkilatlar) üçün İKT (İnformasiya-Kommunikasiya Texnologiyaları) inkişafı üzrə Strateji yol xəritələrinin hazırlanması xidməti təklif edilir. Strateji Yol Xəritəsi qurumda (təşkilatda) İKT inkişaf potensialının artırılması, qurumdaxili proseslərin rəqəmsallaşdırılması üçün İKT infrastrukturunun təkmilləşdirilməsi, İKT xidmətlərinə olan tələbin effektiv qarşılanması və xidmət sektorunun fəaliyyətində İKT-nin tətbiqi ilə səmərəliliyin daha da artırılması məqsədilə müvafiq sektorun qarşısında duran yeni çağırışlar və imkanlar nəzərə alınmaqla hazırlanır.