Sizi innovasiyalar dünyasına dəvət edirik!

IDS Consulting şirkəti əsasən IT Governance (İT idarəetməsi), İnformasiya Sistemlərinin, Elektron Xidmətlərin auditi sahəsində xidmətlər təklif edir. Digər İT şirkətlərindən fərqli olaraq IDS Consulting dövlət qurumlarına Azərbaycan Respublikasının hüquqi normativ aktlarının tələblərinə uyğun olaraq rəqəmsallaşma, İT və İnformasiya Sistemlərinin auditi sahəsində olan beynəlxalq təcrübələri təklif edir.IDS Consulting-in texniki komandası tərəfindən informasiya sisteminin texniki hüquqi sənədləri, yeni elektron xidmətin məqsədəuyğunluq rəyi, təklif və tövsiyələrin icrası prosesi qurumun istəyinə uyğun olaraq aparıla bilər. Bu sahədə fəaliyyət göstərən ekspertlərin dəstəyi ilə sizin quruma aid olan məlumatlar müvafiq qaydalara uyğun formada yenilənir və ehtiyac olduğu təqdirdə aktual olmayan məlumatların silinməsi üçün hüquqi əsaslandırmalar hazırlanır.
Şirkətimiz 2 sahədə xidmətlər təklif etməkdədir. Bura Konsultasiya və Texnologiya sahəsində olan müxtəlif xidmətlər daxildir.
IDS Konsultasiya xidmətlərimizə daxildir:
- İT Audit
- İnformasiya Sistemlərinin Konsultasiyası
- Elektron Xidmətlərin Konsultasiyası
- Xidmətlərin Dizaynı
- Elektron Hökumətin İnkişafı İndeksi
- İnteqrasiya Prosesləri
- İT Hüquq
- Asan İndeks
- Rəqəmsal Transformasiya


IDS Texnoloji xidmətlərimizə daxildir:
- Veb Sayt Proqramlaşdırma
- Mobil Tətbiq Proqramlaşdırma
- Kiber Təhlükəsizlik
- Keyfiyyət Təminatı Testi
- DevOps
- Bulud Xidmətləri
- Verilənlər Bazası
- Analitika
- Süni İntellekt
«Rəqəmsal inkişaf düzgün həyata keçirildikdə, bu, tırtılın kəpənəyə çevrilməsinə bənzəyir. Lakin, səhv etdikdə, nəticədə sadəcə sürətli bir tırtıl əldə edilir. Texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə başqaları üzərində əldə edə biləcəyiniz davamlı üstünlük məhz rəqəmsallaşmaqdır.»